Ərdoğan Trampla telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, dövlət başçıları ötən gecədən qüvvəyə minən İranla bağlı atəşkəs rejimi daxil olmaqla, bölgədəki cari vəziyyəti müzakirə ediblər.

Əldə olunmuş razılaşmadan məmnunluğunu bildirən Türkiyə lideri vurğulayıb ki, beynəlxalq müstəvidə gərgin keçən 40 günlük dövrdən sonra yaranmış iki həftəlik imkanlar pəncərəsi daimi sülhün bərqərar olması üçün səmərəli istifadə edilməli və bu prosesə kölgə salınmasına icazə verilməməlidir.

Rəcəb Tayyib Ərdoğan, həmçinin Pakistan və digər müttəfiq dövlətlərlə birgə icra edilən diplomatik həll təşəbbüslərinə rəsmi Ankaranın dəstəyinin artan templə davam edəcəyini diqqətə çatdırıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button