Ərdoğan: Türk ordusu Baltik dənizində tarix yazdı

“Ordumuz NATO-nun “Steadfast Dart 2026” təlimində “Bayraktar TB3” və “TCG Anadolu” gəmisi ilə birlikdə tarix yazdı”.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu mühüm təlimdə “Bayraktar TB3” Baltik dənizinin çətin hava şəraitində atəş tapşırığını uğurla yerinə yetirərək, “TCG Anadolu”ya təhlükəsiz eniş edib və NATO-nun ən diqqətçəkən performanslarından birinə imza atıb. “Eurofighter Typhoon” qırıcı təyyarələri ilə koordinasiyalı şəkildə səkkiz saat havada qalan “Bayraktar TB3” ümumilikdə 1 700 kilometr məsafə qət edərək, ən üstün qabiliyyətlərini bir-bir nümayiş etdirib. Dəniz aviasiyası konsepsiyasına yeni nəfəs gətirən bu uğurlarda əməyi keçən hər bir qardaşımı ürəkdən təbrik edirəm”, – dövlət başçısı bildirib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button