Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
![](/wp-content/uploads/2024/03/Без-названия-2-14.jpg)
Türkiyə Qarabağ imtahanından uğurla keçib.
Polise.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı mitinqdə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə nəinki Qarabağ, Suriya, Somali sınaqlarından da alnıaçıq çıxıb: “Biz Qəzza imtahanından da uğurla keçmək üçün çalışırıq. Bütün cəhdlərimizi buna sərf edirik”.
Prezidentin sözlərinə görə, Türkiyənin düşmənləri bu ölkənin imicini zədələmək üçün çalışırlar.
Polise.az