Ərdoğan: Türkiyə bu məsələdə üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır

İyul ayında Ankarada keçiriləcək NATO sammitində alyansın gələcəyi və qlobal təhlükəsizlik arxitekturası ilə bağlı mühüm qərarların qəbul olunacağı gözlənilir.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, 7-8 iyul tarixlərində Ankarada keçiriləcək “NATO Summit 2026″ alyans üçün xüsusi əhəmiyyət daşıyır:
“Bölgədə və dünyada baş verən son hadisələr sammitin əhəmiyyətini daha da artırıb”, – deyə Türkiyə lideri bildirib.
Ərdoğan qeyd edib ki, NATO-nun hazırkı rolu əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib:
“Müasir dövrdə təhdidlər daha mürəkkəb, risklər daha müxtəlif, qlobal sistem isə daha həssasdır. Alyans daxilində ədalətli yük bölgüsü, real əməkdaşlıq və ortaq təhlükəsizlik anlayışı NATO-nun gələcəyi baxımından vacibdir”.
Ərdoğan əlavə edib ki, Türkiyə NATO-nun mövcud təhdidlərə qarşı daha hazırlıqlı və qətiyyətli olması üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır.
Polise.az



