Ərdoğan: Türkiyə İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyətini artıracaq
İsrail-Fələstin qarşıdurmasının artdığı gündən indiyədək təxminən 230 ton humanitar yardımla dolu 10 təyyarə Türkiyədən Qəzzaya çatdırılmaq üçün Misirə göndərilib. Sahə xəstəxanaları, tibbi və digər humanitar yardım ləvazimatlarından ibarən 660 ton yüklü 50 konteyner daşıyan böyük gəmi noyabrın 11-də Türkiyədən Misirə doğru yola salınıb. Gəminin böyük ehtimalla sabah təyinat nöqtəsinə çatması gözlənilir.
Polis.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birgə Ərəb İslam Fövqəladə Sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edilən münaqişənin sülh yolu ilə həlli istiqamətində ilk gündən etibarən Türkiyənin çoxşaxəli diplomatik fəaliyyətlərinə toxunan Ərdoğan bu istiqamətdə səfər çərçivəsində də bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirdiyini bildirib.
Məsələnin həlli istiqamətində Türkiyənin fəaliyyətini artıracağını qeyd edən Ərdoğan noyabrın 17-də Almaniyaya, 21-də isə Əlcəzairə səfərinin nəzərdə tutulduğunu deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 28-də İran Prezidenti Seyid İbrahim Rəisinin Türkiyəyə gələcəyini bildirib.
Polise.az