Ərdoğan: Türkiyə Kəşmir məsələsində vasitəçilik etməyə hazırdır

Türkiyə Pakistan və Hindistan arasında Kəşmir məsələsində gərginliyi azaltmaq üçün bütün səyləri göstərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə lideri bu açıqlamanı Ankaranın Kəşmir münaqişəsinin həlli üçün vasitəçi rolunu oynamağa hazır olub-olmaması ilə bağlı jurnalistlərin suallarına cavab olaraq verib.

“Biz Kəşmir məsələsinin həlli üçün əlimizdən gələni edirik. Son hadisələrdən sonra, Pakistanın baş naziri Şahbaz Şərif ilə danışdıq. Şükürlər olsun ki, Hindistan və Pakistan arasında sakitlik təmin olunub,” – Ərdoğan qeyd edib.

Prezident əlavə edib ki, tərəflərin yenə də daha çox gərginliyin qarşısını almaq üçün diqqətli olmaları və insan hüquqları prinsiplərinə əsaslanaraq məsələləri həll etmələri vacibdir.

“Əgər tərəflər bizdən kömək istəsələr biz hazırıq. Biz istəyirik ki, Hindistan və Pakistan arasında sülh olsun və gərginlik aradan qalxsın,” – o vurğulayıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button