Ərdoğan Türkiyə millisini təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə milli futbol komandasını Avropa çempionatının 1/4 finalına çıxması münasibətilə təbrik edib.
Polise.az xəbər verir ki, Ərdoğan bu barədə “Facebook” hesabında yazıb:
“Avropa Futbol Çempionatında Avstriyanı məğlub edərək, 1/4 finala yüksələn Milli Futbol Komandamızı ürəkdən təbrik edirəm. Bizim Uşaqlara çempionluq yolunda uğurlar arzulayıram”.
Polise.az