Ərdoğan: Türkiyə Rusiya-Ukrayna sülh sammitinə ev sahibliyi etməyə hazırdır
“Türkiyə Rusiya-Ukrayna sülh sammitini təşkil etməyə və bu sammitə ev sahibliyi etməyə hazırdır”.
Polise.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, rəsmi Ankara strateji tərəfdaşı Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir:
“Təəssüf ki, 2022-ci ildə İstanbulda başlayan diplomatik təşəbbüsümüz nəticə vermədi. Ukrayna ilə Rusiya arasındakı müharibə danışıqlar yolu ilə bitməlidir. Biz Rusiyanın da iştirak edəcəyi sülh sammiti keçirməyə hazırıq”, – deyə o bildirib.
Polise.az