Ərdoğan: Türkiyə terrorçuluqla mübarizədə tarixi nailiyyətlərə imza atıb

Terrorizm təhdidi Türkiyənin gündəmindən tamamilə çıxarılana qədər bununla qəti mübarizə davam edəcək. Ölkəmiz PKK yaraqlılarına qarşı mübarizədə həqiqətən tarixi uğurlara imza atıb.

AZƏRTAC xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın Beytəpə rayonunda Türkiyə Jandarma və Sahil Mühafizə Akademiyasının gənc zabit məzunları qarşısında çıxışı zamanı bildirib.

Dövlət başçısı xatırladıb ki, bir gün əvvəl Türkiyənin təhlükəsizlik orqanları beynəlxalq axtarışa verilmiş daha bir təhlükəli PKK terrorçusunu zərərsizləşdirib. “Biz terrorçuları tökülən hər damla qana görə cavab verməyə məcbur edirik. Ankara bu kursdan dönməyəcək”, – deyə siyasətçi əmin edib.

Prezident cinayətkarlığın kökünün kəsilməsinin hər bir ölkənin təhlükəsizlik orqanlarının prioritet vəzifəsi olduğunu vurğulayıb.

“Heç kimin özünü qanundan üstün tutmağa haqqı yoxdur. Mafioz qruplar, dəstələr, cinayətkar qruplar – siz bu qanunsuzluğun hər bir təzahürü ilə mübarizə aparmağa borclusunuz”, – deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşları istənilən şəraitdə dövlətin dəstəyini hiss etməlidirlər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button