Ərdoğan: Türkiyənin mövcud konstitusiyası əhəmiyyətini itirib

Türkiyənin mövcud konstitusiyası əhəmiyyətini itirib.

Polise.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “1982-ci il əvəzinə 2023-cü il konstitusiya simpoziumu” kitabına yazdığı “Ön söz”də qeyd edib.

O bildirib ki, yeni konstitusiya liberal olmalı və cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir.

Ərdoğan yazıb ki, regionda və dünyada önəmli rol oynayan Türkiyə hazırkı konstitusiyaya layiq deyil: “Zamanın ruhuna uyğun, cəmiyyətə dinamika qazandıran, Türkiyəyə layiq, sivil, demokratik konstitusiyaya ehtiyac var”.

Dövlət başçısı vurğulayıb ki, yeni konstitusiya bərabərlik prinsipini, azadlığı və ədaləti əsas götürməlidir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button