Ərdoğan Türkiyəyə kömək etməklə məşhurlaşan azərbaycanlını mükafatlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin 6 fevralında baş vermiş güclü zəlzələdən sonra avtomobilinə yüklədiyi əşyalarla qardaş ölkəyə köməyə tələsən və fotosu ilə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirli mükafatlandırıb.

Polise.az  xəbər verir ki, mərasim Prezident Köşkündə baş tutub.

Dövlət başçısı S.Bəşirliyə “Vəfa mükafatı”nı təqdim edib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində gündəmə gələn, əslən Laçın rayonundan olan Sərvər Bəşirlini həmrəylik rəmzi adlandırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button