Ərdoğan və Putin Dağıstanda törədilən terror aktlarını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Polise.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, dövlət başçıları iyunun 23-də Rusiyanın Dağıstan Respublikasında törədilən terror aktlarını müzakirə ediblər.

Bildirilib ki, R.T.Ərdoğan görüş zamanı Türkiyənin hər cür terrora qarşı olduğunu və hücumları nifrətlə qınadığını ifadə edərək həyatını itirənlərə görə Rusiya xalqına başsağlığı verib, yaralılara tezliklə şəfa diləyib.

Ərdoğan Türkiyənin bölgədəki bütün münaqişələrə son qoymaq üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button