Ərdoğan və Rutte arasında MÜHÜM DANIŞIQ: NATO-nun gələcəyi Ankarada həll olunacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon əlaqəsi saxlayaraq, regional və qlobal məsələləri, eləcə də alyansın gələcək fəaliyyətini müzakirə edib.

Polise.az Musavat.com-a istinadən  xəbər verir ki, “Anadolu”nun yaydığı məlumata görə, Ərdoğan İrandakı mövcud vəziyyətin “geostrateji çıxılmaza doğru getdiyini” vurğulayıb.

Türkiyə lideri beynəlxalq birliyi müharibənin dayandırılması istiqamətində səyləri gücləndirməyə çağırıb.

Danışıq zamanı həmçinin alyansın daxili işləri və qarşıda duran hədəflər ətrafında fikir mübadiləsi aparılıb.

Ərdoğan, 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitinin əhəmiyyətinə də toxunub.

O, bu sammitdə alyansı gələcək dəyişikliklər qarşısında daha dayanıqlı və effektiv edəcək qərarların qəbul olunacağına ümid etdiyini bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button