Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı ikitərəfli əlaqələr, regional və qlobal proseslər müzakirə edilib.

Prezident Ərdoğan İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda mümkün atəşkəsin müzakirəsinin sülhə zəmin yaradacağını bildirib.

Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün təmin edilməsi üçün səylərini davam etdirəcəyini, Türkiyənin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu deyib.

Prezident Ərdoğan, nümayəndə heyətləri arasında görüşlər başa çatdıqdan sonra liderlər səviyyəsində görüşlərin keçirilməsinin sülh prosesinə fayda verəcəyini və bunun çox gecikmədən edilməsi lazım olduğuna inandığını bildirib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button