Ərdoğandan Azərbaycan mesajı: “Hədəfimiz budur”

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının genişləndirilməsi çərçivəsində Azərbaycan bu quruma üzv qəbul edildi.

Polise.az xəbər verir ki, bunu D-8-in sammitininin keçirildiyi Misirdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Üç qitədə təmsil olunan və əhalisi 1 milyardı aşan D-8 dörddəbir əsrlik dövrdə yoluna daha da güclənərək davam edir. Bu gün D-8 üzvləri arasında ticarətin artmasına töhfə verən bir quruluşa çevrilib. Bölgəmizdə baş verən son hadisələr bizə qurucu fəlsəfəyə söykənən sülh, dialoq, əməkdaşlıq və ədalət anlayışlarının nə qədər önəmli olduğunu göstərir. Qlobal və regional miqyasda böyük siyasi, iqtisadi və humanitar problemlərlə üzləşdiyimiz bu dövrdə D-8 çərçivəsində əməkdaşlığımızı dərinləşdirməyimiz böyük əhəmiyyət kəsb edir”, – Türkiyə lideri vurğulayıb.

Prezident Ərdoğan Azərbaycanın D-8-ə üzvlüyünə də toxunub:

“Təşkilatımızın ən mühüm təşəbbüslərindən biri olan Preferensial Ticarət Sazişinə bütün D-8 üzvlərinin tərəf olması məqsədimizə Misirin də bu anlaşmada iştirakı ilə nail olduq. D-8-i yeni üzvlər və tərəfdaşlara açmaqla təsir dairəmizi daha da genişləndirmək istəyirik. Bu kontekstdə can Azərbaycanın üzvlüyünü qəbul etdik. Sammitin sonunda qəbul edilmiş Qahirə Bəyannaməsi ilə iqtisadi və ticari əməkdaşlığımızı inkişaf etdirmək əzmində olduğumuzu bəyan etdik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button