Ərdoğandan Novruz təklifi: Türk dünyasının ortaq bayramı olsun

Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə (Macarıstan) keçirilən qeyri-rəsmi zirvəsindəki çıxışında deyib.
Türkiyə lideri qeyd edib ki, martın 21-də Novruzun türk dünyasının birgə bayramı kimi qeyd edilməsi təklifinin qəbul edilməsindən məmnun olacaq.
Polise.az