Ərdoğanın Xankəndiyə səfər proqramı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Teleqraf-ın xəbərinə görə, Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, dövlət başçısı iyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına qatılacaq.

“Dayanıqlı və İqlim Dəyişikliklərinə Dözümlü Gələcək üçün Yeni İqtisadi Əməkdaşlıq Təşkilatı Vizionu” mövzusu ilə təşkil olunacaq Zirvə toplantısında iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilatda islahatlar mövzuları üzrə üzv ölkələr arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılacaq. Cənab Prezidentimiz zirvə sessiyasında çıxış edəcək və liderlərlə görüşlər keçirəcək. Zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Şimali Kipr Türk Respublikasının kimi müşahidəçi ölkələr və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər”,-deyə F.Altun qeyd edib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button