Erməni əsir İrəvanda danışdı: Bakıda bizlə bu cür davranırdılar
Bir müddət öncə Azərbaycanın əsirliyində olan erməni hərbçi Erik Xaçatryan açıqlama verib.
“Armlur” saytına danışan Xaçatryan əsir düşənə qədər 43 gün Hadrutda gizləndiklərini bildirib.
“Biz 43 gün ərzində gizlənirdik, damda idik. Onlar qalxanda bizi gördülər. Əsir götürüb, dərhal Bakıya apardılar”, – o deyib.
Əsirlikdə ona qarşı münasibətin normal olduğunu bildirən Xaçatryan Bakıda olduqları müddət hətta kitab oxuduqlarını da bildirib.
Xaçatryan Azərbaycandakı həbsxanada əlaqədə olduğu bütün yoldaşların artıq Ermənistanda olduğunu vurğulayıb.