Erməni deputat: “Kəlbəcərin erməni tarixinə heç bir aidiyyəti yoxdur”
“Kəlbəcərin erməni tarixinə heç bir aidiyyəti yoxdur”.
Bu sözləri Ermənistan mətbuatına müsahibəsi zamanı hakim “Mənim addımım” blokunun deputatı Ovik Aqazaryan deyib.
“Kəlbəcər bizim olmayıb”, – deyə o bildirib.
Erməni deputat bu sözlərlə Azərbaycanın Kəlbəcər rayonunun 90-cı illərdə sadəcə digər tutulmuş ərazilərlə birlikdə Qarabağa muxtariyyət əldə etmək üçün işğal olunduğuna diqqət çəkib.
“Ermənistanda Kəlbəcərin bizim olduğunu bütün dünyaya bəyan edə biləcək qədər cəsarətli insan var? Bütün dünya cavab verəcək ki, Kəlbəcər sənin deyil, “əzizim, tezliklə onu qaytar”. Sən isə sakitcə gec və ya tez onu qaytarmalısan”, – deyə Ovik Aqazaryan bildirib.