Erməni diasporu Trampı Azərbaycana qarşı hərəkətə keçməyə çağırdı
“ABŞ prezidentliyinə namizədlərin heç biri ermənilərin dəstəyinə layiq deyil”.
Musavat.com xəbər verir ki, bu barədə erməni diasporunun Vaşinqtondakı mərkəzi ofisinin icraçı direktoru Aram Qambaryanın ABŞ-dakı erməni icmasına müraciətində deyilir.
Onun sözlərinə görə, həm respublikaçılar, həm də demokratlar Azərbaycanın silahlanmasına cavabdehdir (mətndə Azərbaycana qarşı iftiralar səslənib). Bundan başqa, ermənilər həyasızlıqla Trampı Azərbaycana qarşı 907-ci maddənin məhdudiyyətini tətbiq edən 7288 saylı qətnaməni işə salmağa, vitse-prezident Harrisi isə 907 saylı qətnaməni qəbul etməyə, Azərbaycana qarşı Maqnitski sanksiyalarını tətbiq etməyə və bütün erməni “girovlar” (terrorçular – red.) azad edilənə qədər COP29-dan vaz keçməyə çağırıblar.
Polise.az