Erməni nəşrindən şok etiraf: “Azərbaycan ordusunun bu uğuru…”

Ermənistanın eks-prezident Serj Sərkisyan dünən 2018-ci ilin aprelində hakimiyyətdən getdikdən sonra ilk böyük mətbuat konfransını keçirdi. Jurnalistlərlə üç saatlıq görüşün istefası mövzusunda və bir il əvvəl vəd etdiyi 2018-ci ildən bəri ölkədə baş verən dəyişikliklərə həsr olunacağı gözlənilirdi. Lakin məlum oldu ki, sabiq prezident hələ cəmiyyəti ən çox narahat edən mövzulardan danışmaq istəmir, bu günə qədər yalnız Qarabağ münaqişəsi barədə danışmağa üstünlük verir. Təsadüfi deyil ki, “dizel işi” üzrə məhkəmə iclası zamanı da jurnalistlərə Qarabağ münaqişəsi barədə danışmışdı.

Bu barədə Ermənistanın “Verelq” nəşrində dərc olunan məqalədə bildirilib.

Nəşr yazır:

“Keçmiş prezident iki əl əvvəl hakimiyyətin itirilməsinin səbəblərini şərh etmək istəməsə də, mətbuat konfransı üçün mövzu seçimi olduqca simvolik idi. Bu, hakimiyyətinin və şəxsən Sərkisyanın nüfuzuna güclü zərbə vuran “dördgünlük müharibə” -2016-cı il, Aprel döyüşləri zamanı mövqelərin itirilməsi idi. Əslində 2018-ci ildə Ermənistanda “məxməri inqilab”ı qızışdıran katalizator bu döyüşlər idi.

Demək olar ki, bütün mətbuat konfransı boyu keçmiş prezident inandırmağa çalışsa da, 2016-cı ilin aprelində erməni tərəfi həm döyüş meydanında, həm də diplomatik cəbhədə qələbə qazanıb, amma ağla qeyri-ixtiyari olaraq, bir neçə hektar hektar ərazilərin itirilməsi (əslində Azərbaycan ordusu tərəfindən azad olunması) gəlir. Ermənistan tərəfi həmin döyüşlərdə 800 hektardan çox ərazi itirdi. Serj Sərkisyan isə hakimiyyəti dövründə mövqe itirən yeganə Ermənistan lideridir. Bütün bunlar eks-prezidentin mütəmadi olaraq “dördgünlük müharibə”də “qələbə” qazandığını və itirilmiş mövqelərin yalnız yeni itkilərin istəməməsi səbəbindən geri alınmadığı barədə səsləndirdiyi ifadələrlə kəskin şəkildə ziddiyyət təşkil edirdi. Bəli, Sərkisyanın yenə də 2016-cı ilin yazında verdiyi açıqlamalarda olduğu kimi ciddi görünmədi”.

Nəşr konfrans ərzində ziddiyyətli açıqlamaları ilə yadda qalan Sərkisyanın 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan ordusunun cəbhədə taktiki uğur qazandığını etiraf etdiyini də vurğulayıb.

“Verelq” eks-prezidentin jurnalistin “İrəvan niyə Qarabağın müstəqilliyini tanımır?” sualına cavab verməkdən yayındığını da yazıb:

“Sonda Serj Sərkisyan Qarabağın müstəqilliyini tanımağa cəsarət etmədiyi üçün dəqiq bir cavab vermədi. “Müharibə bir neçə gün davam etsə, şübhəsiz ki, tanıya bilərdik” ruhundakı əsaslandırmaları inandırıcı görünmədi. Bununla yanaşı, Sərkisyanın Qarabağla bağlı verdiyi digər vədləri yerinə yetirmədiyini xatırlaya bilərik. Məsələn, İrəvan-Xankəndi reysinin ilk sərnişini olmaq. Lakin Serj Sərkisyan bu barədə növbəti mətbuat konfransında danışacağına söz verdi.

Ümumiyyətlə, demək olar ki, mətbuat konfransı ərzində Serj Sərkisyan yalnız şayiələr və ittihamları şərh etdi, onun cavabları bundan əvvəl hər kəsə məlum idi. Bəzi şayiələrin və ya onun verdiyi cavabların absurduluğu Aprel döyüşlərini araşdıran parlament komissiyası tərəfindən sübut olunub. Məsələn, mövqelərin itirilməsinə yol açan sui-qəsdin olub-olmaması , ordunun döyüş sursatı, yanacaq, silahla təmin olunması, eyni zamanda erməni ordusunun ötən əsrin 80-ci illərinin silahlıları ilə “dünyanın ən inkişaf etmiş ölkələrinin Silahlı Qüvvələri ilə bir sırada durması” barədə”.

Erməni nəşri Serj Sərkisyanın konfransda hərbi sirləri açdığını, bununla da Rusiya-Ermənistan münasibətlərinə zərbə vurduğunu bildirib:

“O, öz hakimiyyəti dövründə Ermənistanın Rusiyadan aldığı pulsuz hərbi-texniki yardımın həcmininin 50 min tondan çox olduğunu açıqladı. Bu baxımdan xatırladaq ki, bir müddət əvvəl Azərbaycan tərəfi 2020-ci ilin iyul ayında Rusiya tərəfindən Ermənistana 400 ton hərbi yükün verilməsindən narazılığını bildirmişdi. Belə bir etirafın – 2010-cu ildən 2018-ci ilin aprelinə qədər Ermənistanın 50 min tondan çox hərbi-texniki yardımın almasının (Rusiyadan) açıqlanmasının nəyə yol aça biləcəyini təsəvvür edə bilərsiniz”.

Baş nazir Nikol Paşinyanın tənqidinə gəlincə, nəşr qeyd edib ki, Serj Sərkisyan müxalifətçi olduğu zaman hazırkı baş nazirin Rusiyaya qarşı ittihamlarını xatırlatmaq fürsətini qaçırmadı: “Sərkisyan Paşinyanın o dönəmdə Aprel döyüşlərinin Moskvanın siyasi cahilliyi və bir səhvi ilə baş verdiyi barədə bir bəyanat verdiyini xatırlatdı”.

Mənbə
teleqraf.com
Hamısını Göstər

Related Articles

Back to top button