Erməni politoloq: “Lələtəpə” əməliyyatı bizim üçün əsl cəhənnəm idi”
Azərbaycanla və Ermənistan silahlı qüvvələri arasındakı hərbi toqquşmalar zamanı “Lələtəpə” əməliyyatı bizim üçün əsl cəhənnəm oldu.
Caliber.Az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumatına görə, bu barədə erməni politoloq Qeqam Nazaryan mətbuat konfransında bildirib.
“Bizim 650 nəfər itkimiz oldu, döyüş meydanında 44 tankımızdan 42-sini itirdik”, – deyə o, bildirib.
Qeyd edək ki, “Lələtəpə” əməliyyatı dedikdə erməni politoloq 2020-ci ilin payızında 44 günlük müharibə zamanı erməni hərbçilərin eyniadlı yüksəkliyi nəzarətə götürmək cəhdini nəzərdə tutur. Erməni ordusuna hücum əmrini respublikanın baş naziri Nikol Paşinyan verib. Bununla, o Serj Sarqsyanın Ermənistan Respublikasının Prezidenti olduğu 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş ərazini yenidən işğal edə biləcəyinə ümid edirdi.