Erməni politoloq:Tezliklə ABŞ İrana hücum edəcək

“Mən amerikalı həmkarlarımdan məlumat alıram ki, böyük ehtimalla, ABŞ tezliklə İrana hücum edəcək”.

Musavat.com xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan “Ermənistan xəbərləri” – NEWS.am-ın müxbiri ilə söhbətində deyib: “İndiki İsrail rejiminin uzun illərdir məqsədi Yaxın Şərqdəki bütün anti-İsrail hökumətlərindən qurtulmaq olub. İran da düşsə, İsrail və Türkiyə Suriyanı parçalayacaq və Avropa İttifaqı buna heç bir reaksiya verməyəcək”.

Xaçikyanın fikrincə, bu, Azərbaycanın Ermənistana hücumu üçün ideal imkanlar yaradacaq, çünki dünyanın diqqəti İrana yönələcək: “Avropa Komissiyasının rəhbəri Suriya məsələsində Türkiyəyə dəstəyini ifadə edib. Yəni Avropa üçün suveren bir ölkənin ərazisinə, xüsusən də terrorçu qüvvələrin daxil olması və “Əl-Qaidə” terrorçusunu dövlət liderinə çevirməsi normaldır. Bu, hər kəsi ələ salmaqdır. Əgər onlar bütün Suriyanın işğalını hiss etmirlərsə, sizcə, Ermənistanın ərazilərinin işğalını görəcəklərmi? Bəs Ermənistan hakimiyyəti bu fonda nə edir?”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button