Erməni tərəfi Naxçıvan istiqamətində itki verdiyini bildirir

Bu gün səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətində baş vermiş atışma zamanı erməni tərəfi itki verib. Ermənistan Müdafiə Nazirliyi Arazdəyən (Yerasx) kəndi ətrafındakı mövqelərdən birində bir hərbi qulluqçunun snayper atəşi ilə vurulduğunu, nəticədə 1975-ci ildə anadan olmuş hərbçinin öldüyünü bildirir.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı birləşmələrinin Naxçıvan istiqamətindəki mövqelərimizi növbəti dəfə atıcı silahlardan atəşə tutduğunu, qarşı tərəfə cavab atəşi açıldığını bildirib.

***

Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Hamısını Göstər

Related Articles

Back to top button