Erməni terrorçu qrupun üzvlərinin məhkəməsi təxirə salındı
Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, təqsirləndirilən şəxslərdən birinin vəkili ərizə ilə məhkəmə müraciət edərək özünün və ailə üzvünün xəstələndiyini bildirib.
Bu səbəbdən məhkəmə proses iyulun 15-ə qədər təxirə salınıb.



