Erməni terrorçuları Şuşa ətrafındakı mövqelərimizi atəşə tutub

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hamısını Göstər

Related Articles

Back to top button