Ermənilər ən çox itkiləri hansı istiqamətdə verib?

“Bizim təqvimimizdə artıq Zəfər Günü var. Ali Baş Komandan ölkəmizin iqtisadiyyatını gücləndirdi, orduda islahatlar apardı, Ordumuzu ən müasir silahlarla təmin etdi və zamanı gələndə “İrəli” komandasını verdi. Düşmən müharibə zamanı ballistik silahlardan tutmuş digər vasitələrlə bizə zərbələr endirdi”.

Bunu Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi General-mayor Bəkir Orucov deyib.

Onun sözlərinə görə, düşmən fikirləşirdi ki, Aprel döyüşlərində itirdikləri torpaqları geri alacaqlar:

“Ancaq onlar elə ən çox itkiləri də orada verdilər. Belə bir müharibə dünya tarixində görülməyib. Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə tarix yazıb”.

Hamısını Göstər

Related Articles

Back to top button