Ermənilər Azərbaycana inanır – Martirosyan
Ermənistanda insanlar yerli mənbələrdən olan informasiyaya deyil, Azərbaycanla Rusiya KİV-lərinin xəbərlərinə daha çox güvənirlər.
Bunu informasiya təhlükəsizliyi üzrə erməni ekspert Samvel Martirosyan deyib.
“Dövlət idarəçiliyi sistemində kollaps siyasi qüvvələrin fəaliyyəti ilə müşayiət edilir. Bütün bunlar ölkəni fəlakətə aparır. Bu fonda erməni ictimaiyyətinin müəyyən hissəsi Azərbaycan informasiyasına inanmağa başlayır və bu tendensiya zamanla dərinləşir. Əsas səbəb dövlət aparatının informasiya kollapsıdır. Hansı ki, bizim vətəndaşlar ən yaxşı halda gecikmiş informasiya əldə edirlər”, – o bildirib.
Martirosyan təhlükəsizliyin təminatı üçün bu gün Ermənistan dövlətinin öz prioritet funksiyalarını icra etmədiyini və nəticədə hər şeyin xaosa apardığını söyləyib.