Ermənilər Kəlbəcərdən çıxarkən daşınması mümkün olan hər şeyi aparıblar

Saat 22:00 radələrində və daha sonra yüzlərlə avtomobil hələ də Kəlbəcərin yaşayış məntəqələrindən çıxıb.

“Sputnik Ermənistan”ın müxbirləri Kəlbəcər və İrəvan-Xankəndi magistral yolunun kəsişməsində (Vardenis yolu ilə) görüntüləri lentə alıblar.

Qeyd edilir ki, Kəlbəcərdə olan sakinlərə saat 00:00-dan əvvəl ərazini tərk etmələri barədə xəbərdarlıq edilib.

Onlar aparılması mümkün olan hər şeyi – mebel, tikinti materialları, heyvanlar, avtomobillər və başqa şeyləri aparıblar.

Qarabağla əlaqəli bağlanan üçtərəfli müqaviləyə görə, Kəlbəcər rayonu Azərbaycana təhvil verilməli olan rayonlardan birincisidir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button