Ermənilərin 24 aprel gözləntisi: Bayden bəyanat verəcək? – Müsahibə

Azərbaycanın AŞPA-da Nümayəndə Heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Səməd müəllim, ermənilər ABŞ prezidenti Co Baydenin aprelin 24-də səsləndirəcəyi bəyanata köklənib Ağ Ev rəhbərinin arzuladıqları ifadəni işlətməsini səbirsizliklə gözləyirlər. Qənaətinizcə, demokratların təmsilçisi belə bir bir məqamda ermənilərə hansı formada ümid verə bilər?

– Amerikanın milli maraqları nəzərə alınacaqsa, o zaman bu məsələyə əhəmiyyət verilməyəcək. Dünya çox qarışıq bir vəziyyətə çevriləcəksə, bu məsələ ilə bağlı hansısa bir fikir söyləmək olar. Amma belə bir mövqe oldu-olmadı bunun o dərəcədə bir əhəmiyyəti yoxdur. Çünki artıq dünyada gedən proseslər fərqli istiqamətdə cərəyan edir. ABŞ-ın hər hansı bir dünya səviyyəsində verdiyi bəyanat o demək deyil ki, dərhal bu məsələ böyük rezonans yaradacaq. Çünki ABŞ-ın özünün dünya səviyyəsində çəkisi də dəyişib. Yəni bunu da nəzərə almaq lazımdır. Ona görə də köhnə yanaşma ilə yeni reallıqlara baxılmamalıdır. Azərbaycan bu gün elə bir reallıq yaradıb ki. ABŞ-da hansısa bəyanatın verilib-verilməməsindən asılı olmayaraq indi vəziyyət tamamilə fərqlidir. Hər hansı bir ölkə başqalarının maraqlarını ifadə edib vəziyyəti gərginləşdirmək istiqamətində hansısa bir addım atacaqsa, o, özü-özünə problem yaradacaq.

– Seçki öncəsi Ermənistanda təlatümlər yaşanır. Paşinyan özündən əvvəlkiləri düşdükləri ağır məğlubiyyətə görə ittiham edir. Prosesin görünən və görünməyən tərəflərini necə izah etmək olar?

– Görünən tərəf odur ki, Ermənistanda reallıqları sona kimi dərk etmək istəmirlər. Nə də bu reallığı dərk etmək iqtidarında deyillər. O günə qədər ki, bunlar məsuliyyəti bir-birinin boynuna atacaq, bir millət kimi, hansısa bir dövləti yaratmaq niyyətində birlik, qurum kimi bu məsələdə məsuliyyəti bölüşməyəcəklərsə, heç nə əldə edə bilməyəcəklər. Ermənistanın bu günki durumuna görə, bu ölkədə hakimiyyətdə olmuş bütün qüvvələr günahkardır. Ona görə ki, vaxtilə dövlətçilik qurmaq əvəzinə Dağlıq Qarabağı zəbt etdilər. Günahkardırlar ki, onlardan bir alət kimi başqa millətə qarşı istifadə edilib. Onların xoşuna gəldi ki, ağlaşma qurduqları kimlərsə tərəfindən istifadə olundular. Digər tərəfdən öz millətlərinin maraqlarını kənara qoyub başqa millətlərin maraqlarını regionda təmsil etməyə başladılar. Eyni zamanda onlara etibar edən qüvvələrə xəyantə etdilər və başqa bir istiqamətdə inkişaf etməyə başladılar. Yəni onların Paşinyanı, Köçəryanı, Sarkisyanı və bütöv millət olaraq yeni reallığı dərk etməyib, başa düşməyəcəklərsə, yenə də həmin faciələrlə üzləşəcəklər. İndi də öz xalqlarının taleyini siyasi oyunlara alət edirlər. AŞPA-nın Assambleyası başlayır. Yenə də başlayacaqlar ki, Azərbaycan, Azərbaycan… Bununla da öz siyasi karyerlarını bitirəcəklər. Reallıqda isə Dağlıq Qarabağ məsələsi bitib. Azərbaycan öz torpaqlarını geri qaytarıb. Bundan sonra qışqır-bağır salmaqla, hansı bir qondarma tarixə istinadla heç nə əldə edə bilməyəcəklər.

– Prezident İlham Əliyevib Zəngəzura qayıdırıqsa, İrəvana da qayıtmalıyıq mesajı özündə bir sıra mühüm məqamları ehtiva etdi. Qarşı tərəfin bundan mesaj alacaqmı?

– Cənab Prezident hər zaman öz konstruktiv yanaşmasını gündəmə gətirib və ortaya qoyub. Amma bəzən bunu bəzi qüvvələr dərk edə bilmir. Dövlət başçısı konkret olaraq bildirdi ki, biz hər hansı formada İrəvana qayıdırıq. Bu, hərbi yolla deyil. Dünyada hərbi yoldan başqa imkanlar da var. Əməkdaşlıq, iqtisadi, mədəni əlaqələr mövcuddur. Cənab Prezidentin yanaşması onu ehtiva edirdi ki, Ermənistanın bundan sonrakı gələcəyi Azərbaycanla bağlıdır. Hansısa bir başqa güclə, ölkə və qüvvə ilə 100 ildir ki, ermənilər yol axtarır. Belə bir yol da tapmayıblar. Çünki Ermənistan üçün gələcək tarixi, iqtisadi, mədəni inkişaf yolları Azərbaycan və Türkiyə ilə bağlıdır. Ermənistanda bunu nə qədər tez dərk edəcəklərsə, qapıları açıb Azərbaycanı İrəvanda da görməkdə maraqlı olacaqlarsa, ondan sonra vəziyyətdən çıxmaq şansları yaranacaq.

Hamısını Göstər

Related Articles

Back to top button