Ermənilərin sülh danışıqlarını uzatmaqda məqsədləri bəlli oldu

İlham İsmayıl: “Ermənilər problemin son həllinin zaman məsafəsini uzatmaqla çalışırlar ki…”

“Azərbaycan erməni silahlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi üçün vaxt verməlidir və zaman kəsimi illərə yox, yaxın aylara hesablanmalıdır”

Azərbaycan sülh razılaşmasının əsas prinsiplərini əhatə edən 5 maddəlik sənədi Ermənistan rəhbərliyinə təqdim etdikdən sonra rəsmi İrəvandan ard-arda ziddiyətli açıqlamalar verilir.

Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan demişdi ki, onlar prosesin Minsk Qrupu (?) çərçivəsində aparılmasında maraqlıdırlar.

Parlamentin spikeri Alen Simonyan isə Bakının təkliflərini qəbul etdiklərini açıqlayıb.

Baş nazir Nikol Paşinyan da ziddiyətli açıqlamaları davam etdirir. Bir neçə gün əvvəl o təcili sülh razılaşmasının əldə olunmasından dəm vurudusa, dünən hökumətin iclasında bu bəyanatın tam əskini ifadə edib: “”Dağlıq Qarabağ müdafiə ordusu”nun çıxarılması ermənilərin Qarabağdan çıxarılması deməkdir. Bu, Azərbaycanın formalaşdırdığı tələbdir. Fərruxada baş verənlər sübut edir ki, Qarabağ erməniləri qorunmalıdır, əks halda onlar soyqırımın qurbanı olacaqlar”.

Gələn həftə isə Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbət görüşün keçirləcəyi gözlənilir. Bu təmasdan sonra yaranmış ziddiyətli situasiyanın dəyişəcəyinə ümid varmı?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, Ermənistan rəsmiləri verdikləri “xoşməramlı” bəyanatlarda səmimi deyillər: “Onlar beynəlxalq toplantılarda özlərini sülhpərvər kimi göstərib Azərbaycanın təkliflərini qəbul etməmələri üçün heç bir əsas olmadığını desələr də, bir neçə saatdan sonra əks mövqei bildirir və o zaman əsil simalarını göstərirlər. Guya ki, ən pozitiv xəbərlər Nikol Paşinyandan gəlir. Amma son günlər qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması rəsmi müzakirə predmeti olduqdan və Fərruxda baş verənlərdən sonra Ermənistanın Baş naziri deyir ki, bu silahlı dəstələr ərazidə qalmalıdırlar.”

İ.İsmayılın sözlərinə görə, bununla Paşinyan özünün də imzaladığı 10 noyabr üçtərəfli razılaşmasının 4-cü bəndini Azərbaycanın guya özünə uyğun şəkildə interpretasiya iddia etməyə çalışır: Belə bir mövqe nümayiş etdirənin sülh müqaviləsi bağlamaq haqqında dedikləri qeyri-səmimidir. Müharibə bitəndən 16 ay keçməsinə baxmayaraq heç adi nəqliyyat infrastrukturundakı maneələrin aradan qaldırılmaması dediklərimizə sübutdur. İndiyədək Paşinyan sülhlə, sərhədlərin müəyyənləşməsi və nəqliyyat infrastrukturundakı maneələrin aradan qaldırılması ilə bağlı dediklərinin, hətta Moskva, Soçi, Brüssel görüşlərində götürdüyü öhdəliklərin reallaşması üçün konkret addım atmayıb”.

Ekspert əlavə edir ki, ermənilər problemin son həllinin zaman məsafəsini uzatmaqla dünyada baş verən hadisələrdən, o cümlədən Rusiya-Ukrayna müharibəsindən öz maraqları üçün yararlanmaq məqsədi güdürlər: Rusiyanın Donbasdakı separatçı rejimləri tanımasını Qarabağ üçün fürsət hesab edən separatçılar, Moskvanın Xankəndi rejimini də tanıyacağına ümid edir. Bütün tarixləri boyu maraqlarını, problemlərini özlərinin deyil, başqalarının hesabına həll etməyi öyrənən ermənilər fürsəti qaçırmırlar. Bu gün Cənubi Osetiyanın Rusiya ilə birləşdirilməsi barədə yayılan xəbərləri eşidən kimi ermənilər tez özlərini ortaya atıblar ki, Rusiyanın tərkibinə keçmək üçün Qarabağda da referendum keçirilməlidir. Saman çöpündən yapışan bu məxluqlar bütün vasitələrlə Rusiyanın nökəri, iti olmalarını özlərinə şərəf bilirlər. Məhz Rusiyaya da belələri lazımdır ki, başqalarının üstünə qısqırtsınlar. Başqası Azərbaycandır, Türkiyədir”.

İlham İsmayıl Prezident İlham Əliyevlə Ba nazir Nikol Paşinyan arasında 6 apreldə keçiriləcək görüşdən gözləntilərini də açıqlayıb: “Yəqin ki, Brüssel görüşündə Paşinyan yenə də tezliklə sülh müqaviləsinin bağlanmasından, münasibətlərin normallaşmasından danışacaq. Şarl Mişeli inandırmağa çalışacaq ki, buna hazırdırlar. Qayıdandan sonra isə deyəcək ki, sərhədlərin müəyyənləşməsi üçün hər iki ölkə “güzgü şəklində” qoşunlarını geri çəkməli, beynəlxalq qoşunlar bölgəyə gəlməli və sülhə zəmanət verməlidirlər. Alen Simonyan beş bəndi yerinə yetirmək üçün “bir-iki aspektin”də vacibliyindən danışacaq, Ararat Mirzoyan isə Minsk Qrupunun vasitəçiliyi ilə sülh danışıqlarının başlanmasının zəruriliyini bildirəcək. Yetməzmi?

Bu yalanları ermənilər sonsuza qədər davam etdirə bilərlər. Biz əks siyasətimizi sərt şəkildə ortaya qoymalıyıq… Fərruxdakı kimi. Daşbaşı zirvəsinə sancılan bayrağımızın yaxın zamana Xankəndində dalğalanacığını birinci Rusiya anlamalıdır ki, Delyaqin kimilərini qabağa verib bizi hədələməkdən çəkinsinlər”.

Təhlükəsizlik eksperti vurğulayır ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə beynəlxalq münasibətlər sistemində yeni düzənin formalaşacağını qaçılmaz edəcək və transformasiyanın Azərbaycandan da yan keçməyəcəyinin ilkin əlamətləri artıq hiss olunur: “Detallarını açıqlamadan deyə bilərik ki, Azərbaycan diqqət mərkəzindədir və bölgənin əhəmiyyətli ölkəsi kimi qlobal güclər bizim maraqlarımızla hesablaşmaq və ona uyğun siyasət yürütmək planlarını gizlətmirlər. Əgər bu proses birilərini narahat edirsə, bizə münasibətlərində dəyişiklik etməli, maraqlarımızı daha çox nəzərə almalıdırlar. Yuxarıda qeyd etdiyimiz fikirlərə qayıdaraq bir daha ermənilərin yalanlarına zaman tanımamağı məqsədəuyğun hesab edirik. Azərbaycan qarşı tərəfə uzaqda olmayan vaxt verməli və bu vaxt ərzində erməni silahlı qüvvələri Azərbaycan ərazisini tərk etməlidir. Verilən zaman kəsimi illərə yox, yaxın aylara hesablanmalıdır”.

Hamısını Göstər

Related Articles

Back to top button