Ermənilərin Xankəndində “artsax- artsax” oyunu – nəticə pis ola bilər…

Xankəndində separatçı-terrorçu rejimin keçirdiyi qanunsuz tədbir ictimaiyyətimiz tərəfindən narahatlıqla qarşılandı; əslində narahat olmalıyıqmı – soyuqqanlı təhlil…

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin müvəqqəti təsir zonasında olan ermənilər ötən həftə Xankəndi küçələrində növbəti şou göstərməyə cəhd etdilər. Ermənilər həmin gün Dağlıq Qarabağ Muxtar Vilayəti daha çox Azərbaycan diplomatiyasının və hərb maşınının məhv etdiyi, tarixin zibilliyinə atdığı ideolojinin tabutunu Xankəndi küçələrində gəzdirib, ona ağı deyirdilər.

Böyüdülmüş əski parçasını götürüb, Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni quldurlarını yad etmək üçün irəliləyənlərin üzlərində uşaqdan-böyüyə hüzn, ümidsizlik var idi. Ermənilər anlayırlar ki, onlar əvvəlki iddialarından əl çəkməsələr, nə bu torpaqlarda yaşaya, nə də inkişaf edə biləcəklər. Ancaq hələ ki özlərində cəsarət tapıb tövbə etmək, kiflənmiş iddialardan, tarixi şablonlardan əl çəkmək istəmirlər.

Hələ ki oradakı 40-50 min erməni xuntanın və Ermənistandakı quldur dəstəsinin girovluğundadır. Amma zaman keçdikcə, Azərbaycan onları da xilas edəcək, ərazilərimizin böyük hissəsini cəmi 44 günə azad etdiyi, qurub-yaratmağa başladığı kimi, dövlətimizin başçısı demişkən, “it damında yaşayanları”n da normal şərtlər altında, Azərbaycan bayrağı altında yaşamalarına imkan tanıyacaq. Azərbaycanın gücünü görən hər kəs buna əmindir, amma nədənsə bir ovuc erməninin Xankəndi küçələrində görünməsi cəmiyyətimizdə narahatlıqla qarşılandı. Bəzilərimiz bu aksiyanı ermənilərin torpaqları yenidən işğalı kimi təqdim etdi az qala. Bəs soyuqqanlı baxış, gerçək durum nədir? Rusiyanın Azərbaycana qarşı pərdəarxası oyunumu, yoxsa ermənilərə sondan sonrakı ümidi verməkmi? Ekspertlərimizin fikirləri maraqlıdır.

Deputat Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib (FOTO)
Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, istər beynəlxalq ekspertlər, siyasətçilər, istərsə də regional dövlətlərin nümayəndələri birmənalı şəkildə Azərbaycanın qalib, Ermənistanın isə məğlub bir dövlət olduğunu bəyan edir və bununla razılaşırlar: “Eyni zamanda 30 illik münaqişənin həlli regionda geosiyasi, iqtisadi və hərbi vəziyyəti dəyişdi. Ermənilərin özləri və orduları, tarixi və xarici siyasətləri haqqında olan miflər dağıldı. Bunu hamı dərk edir və öz maraqları çərçivəsində şərhlər verirlər. Bu 100 gündə Azərbaycan Prezidentinin 3 dildə necə informasiya müharibəsi apardığı, yəni doğma dilimizdə daxili auditoriya üçün, rus dilində MDB məkanı üçün, ingilis dilində isə Avropa, ABŞ və digər dövlətlər üçün səlis izahı haqqında müzakirələr davam etməkdədir. Bütün dünya Azərbaycanın XXI əsrin ən müasir savaşının istər xüsusi təyinatlı, istər yüksək texnoloji silahlar və digər qoşun növlərinin koordinasiyalı əməliyyatları, xalqımızın əzmi və ruhunun vəhdəti hesabına başa gəldiyini qəbul edirlər. Sənədin əsas mahiyyəti Azərbaycanın öz sərhədlərini bərpa etmək və BMT tərəfindən tanınan ərazi bütölüyümüzü, suverenliyimiz tam təmin etməkdir. Bundan başqa, Ermənistanın təslim olması və oradakı bəzi daxili qüvvələrin istəyib-istəməməsindən asılı olmayaraq, bunun fakt olduğunu qəbul etmələridir. Ermənistanı dəstəkləyən bir çox dövlət və qurumların cəfəng bəyanatlarına baxmayaraq, 10 noyabr sənədi qırmızı xətt kimi, onların qarşısında bir sədd oldu”.

A.Nağıyev mühüm bir məqama diqqət çəkdi: “Yekun odur ki, əlimizdə kapitulyasiya sənədi var, hər bir imza bir dövlətin möhürü və sözüdür. Təbii ki, bu sənədin icrası gerçəkləşdikcə müxtəlif dövlətlər, qurumlar narahatlıq keçirirlər. Çünki Azərbaycan addım-addım öz qarşısına qoyduğu məqsədi gerçəkləşdirir və hamı da başa düşür ki, geriyə yol yoxdur. Bu gün Azərbaycan regionun ən ciddi və lazımi iqtisadi, siyasi və hərbi layihələrini həyata keçiri, sonuna qədər də belə getməsində israrlıdır. Bu proseslərdə Qafqaz Platforması da təklif olunur. Təbii ki, NATO üzvü olan Türkiyənin, Rusiyanın, İran İslam Respublikasını və s. dövlətlərin birgə, koordinasiyalı fəaliyyətləri məhz Azərbaycan tərəfindən tənzimlənir”.

Xankəndidə "arsax" şüarları - Qondarma rejim kütləvi yürüş təşkil etdi /FOTOLAR+VİDEO - Qəzet

Xankəndi və ya Ermənistandakı revanşistlərin cəhdlərinin onların öz başlarında çatlayacağına şübhə etməyən ekspert dövlətimizin tədbirli olduğuna əmindir: “Revanş sözü tez-tez dilə gətirilsə də, bunun nə siyasi, nə iqtisadi, nə də hərbi dəstəyi yoxdur. Erməniləri və onların havadarlarını, özləri də bilir ki, çox ciddi təzminatlar, sanksiyalar və hətta deyərdim ki, həbslər gözləyir. Təbii ki, xaricdəki qüvvələr də indi başa düşürlər ki, külli miqdarda vəsaitləri məramı, məqsədi olmayan bir separatçı quruma xərcləyiblər və necə deyərlər, həmin sərmayələr də batıb. Məhz buna görə də səbəbkar və ya günahkar axtarışındadırlar. Bəzən dərin strateji araşdırma və ya proqnoz vermə imkanı və təfəkkürü olmayan qurumlar və onların nümayəndələri müxtəlif yollar göstərməyə çalışırlar, bununla virtual aləmin qəhrəmanları olmaq istəyirlər. Amma reallıqda onlar heç bir addım ata bilməzlər və özləri də başa düşürlər ki, ən real addımı, daxili və xarici siyasətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqı atdı”.

Deputat bildirdi ki, yeni bir müharibənin başlaması ehtimalı demək olar ki, 0-a bərabərdir: “Biz də reallığı başa düşərək, ermənilərin terror anklavları yaratmaq istəklərini anlayaraq, ciddi işlərlə məşğuluq – həm hərbi, həm diplomatik, həm də informasiya sahəsində”. Sülhməramlı qüvvələrə gəldikdə isə A.Nağıyev qeyd etdi ki, onların məqsədi regionda ciddi bir fiqur olmalarını göstərməyə çalışmaqdır: “Lakin onlar Azərbaycan ərazisindədirlər, istinad etdikləri iki sənəd var. Zənnimcə, vaxt gəldikcə onlar birmənalı şəkildə ancaq öz nizamnamələrinə uyğun və bundan kənara çıxmayan hərəkətlər edəcəklər. Təbii ki, bu gün xaosdan istifadə edərək müəyyən cinayətkar qüvvələrlə qanunsuz işlər görənlər də məsuliyyətini dərk edirlər. Təbii ki, Birgə Monitorinq Mərkəzinin yaradılmasından sonra da irəliləyişlər var. Demoqrafik proseslər də başa çatdıqdan sonra hər bir proses öz axarına düşəcəkdir”.

Ceyhun Məmmədov medalla təltif edilib
Ceyhun Məmmədov

Milli Məclisdə Qarabağ bölgəsini təmsil edən millət vəkillərindən biri, deputat Ceyhun Məmmədov isə hesab edir ki, ictimaiyyətimizin Xankəndi aksiyasına həssasiyyəti normaldır: “Qarabağda baş verən hadisələrə Azərbaycanda hər zaman həssas reaksiya verilib. Azərbaycan xalqı bu bölgədə baş verən hadisələri həmişə diqqətlə izləyib və narahatlıqla reaksiya verib. Dağlıq Qarabağda son baş verən hadisələr və təxribatlar erməni xalqının 44 günlük müharibədən düzgün dərs çıxarmadığını göstərir. Bu qədər itkidən sonra onlar Azərbaycanla müharibə aparmaq iqtidarında olmadıqlarını anlamalı idilər. Baş verənlər bu xalqın zəhərli ideologiya və xəstə təxəyyüldən xilas olması üçün hələ uzun zamana ehtiyacın olduğunu göstərir. Ermənilərin bu kimi aksiyalarda və təxribatlarda əsas hədəflərindən biri Azərbaycan xalqını qıcıqlandırmaq, özündən çıxarmaq, Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməkdir. Ermənilər bununla hansısa məqsədə nail ola bilməyəcəklər”.

C.Məmmədov hesab edir ki, son nizamlama razılaşması ermənilər üçün axırıncı şanslardan biridir: “Ya qəbul edib özlərini xilas edəcəklər, ya da bu kimi yanaşmalarla Ermənistan adlı dövlətin taleyini sual altında qoyacaqlar. Biz nə etməliyik? Soyuqqanlı olmalı, prosesləri diqqətlə izləməli, düzgün təhlil etməli, təmkinlə, addım-addım öz hədəflərimizə nai olmalı, ayıq-sayaqlığımızı itirməməliyik. Prosesin sadə olmadığını, ermənilərin hər an təxribata hazır olduğunu hər birimiz bilirik. Ümumi vəziyyət Azərbaycanın xeyrinədir. Ehtiyac yaranarsa, ”Dəmir yumruq” yenidən işə düşəcək və bu Ermənistana çox baha başa gələcək”.

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”
Elxan Şahinoğlu

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da təsdiqlədi ki, Dağlıq Qarabağda separatçılığa başlamanın 33 illiyinin Xankəndində qeyd edilməsi haqlı olaraq Azərbaycanda narahatlıqla qarşılanıb: “Bu, təbiidir. Çünki biz müharibədə qələbə qazandıq və əgər Kremlin israrı olmasaydı, bu gün Xankəndi də Azərbaycan Ordusunun nəzarətində olacaqdı, separatçıların bölgədə izi-tozu qalmayacaqdı, ”separatçılığa başlama tarixini” də qeyd edə bilməyəcəkdilər. Ancaq təəssüf ki, bugünkü reallıq fərqli oldu və biz bundan çıxış edərək vəziyyəti dəyişməyə çalışmalıyıq. Əslində Ermənistandakı və Dağlıq Qarabağdakı ermənilərin gücü və taqətləri qalmayıb. Sadəcə, bu cür təxribatlarla “var olduqlarını” göstərməyə çalışırlar. Separatçılardan fərqli yanaşma gözləmək də əbəs olardı. Misal üçün, Dağlıq Qarabağdakı separatçılar hər il qeyd etdikləri “separatçılığa başlama tarixini” bu dəfə qeyd etməsəydilər, bu, o mənanı verəcəkdi ki, separatçılar Azərbaycanın gücü ilə barışıblar. Bundan da istifadə edən Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana daha böyük təzyiq edəcəkdi. Ancaq biz həm İrəvanı, həm də Moskvanı anlatlamalıyıq ki, Azərbaycan xalqının səbri ilə oynamasınlar, elə etməsinlər ki, “dəmir yumruq” yenidən aktuallaşsın. Biz elə etməliyik ki, separatçılar gələn il eyni “tarixi” qeyd edə bilməsinlər”.

E.Şahinoğlu hesab edir ki, bunun üçün bir ildə qarşımıza böyük hədəflər qoymalıyıq: “Birinci hədəfimiz o olmalıdır ki, Laçın dəhlizinin üzərindən Ermənistanla sərhəd nəzarətə götürülsün və oradan kim istəyir keçə bilməsin. İkinci hədəfimiz Dağlıq Qarabağ separatçılarını ram etməmiz olmalıdır, digər tərəfdən, azərbaycanlıların Xankəndinə köçürülməsinin planını hazırlamalıyıq. Bunun davamı kimi Azərbaycan qanunlarının Dağlıq Qarabağda işləməsini təmin etməliyik, ermənilər qanunlarımıza tabe olmalı, pasportlarımızı daşımalıdırlar. Bunları etməsək, təəssüf ki, erməni separatçılarının təxribatları davam edəcək”.

Yeri gəlmişkən, bu həftədən etibarən Qarabağ ermənilərinin döyüş meydanından öz meyitlərini axtarması prosesi dayandırılıb. Qarşı tərəf iddia edir ki, axtarış prosesinə Azərbaycan qeyri-müəyyən vaxtadək qadağa qoyub. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir bu gün Azərbaycan tərəf heç bir izahat vermədən nəzarətində olan ərazilərdə axtarışları qadağan edib. Bildrilir ki, atəşkəsdən sonra ilk dəfədir axtarışlar uzun müddətə təxirə salınır. Ermənilər ötən aylar ərzində 1485 meyit yığıblar.

Erməni tərəf həmişə olduğu kimi, bu dəfə də Azərbaycana günahlandırmağa cəhd göstərir. Amma Ermənistan və Qarabağdakı separatçı rejim nə minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim edir, nə Birinci Qarabağ müharibəsi zamanı – 90-cı illərdə – əsir düşmüş, girov götürülmüş və itkin düşmüş vətəndaşlarımızın sorağını verir. Bununla da öhdəlikləri kobud şəkildə pozur. Bu yaxınlarda hətta Qarabağ separatçılarının başçısı Araik Arutyunyanla görüşdə 90-cı illərdə itkin düşən 4 minə yaxın azərbaycanlı ilə bağlı müzakirələr aparılmışdı, onların taleyi barədə sorğu-suallar olmuşdu. Əgər Qarabağ terrorçuları bütün bu sualları cavablandırmaq üçün addımlar atmaq istəmirsə, o halda erməni meyitlərinin rahat  şəkildə toplanmasına şərait yaratmaq da normal görünmür. Üstəlik, terrorçu rejim 20 fevralda Xankəndində  yürüş keçirməklə “əzələ nümayişi” cəhdində bulunub və aşkar şəkildə qudurğanlıq edib. Azərbaycan kifayət qədər humanizm nümayiş etdirib, düşmən qanmırsa, onu öz dili ilə başa salmaq lazımdır. Hər halda, bundan sonra ermənilər anlayarlar ki, rus sülhməramlıların arxasında gizlənməklə öz istədiklərini edə, “artsax evciyi”ni qura bilməyəcəklər. Normal düşüncəyə malik ermənilər də başa düşürlər ki, daha “qatar gedib”, xülyalardan ayılmaq vaxtıdır. Günün birində Arutyunyan, Balasanyan qoluqandallı Bakıya gətiriləndə digərləri də ağıllanacaq…

Hamısını Göstər

Related Articles

Back to top button