Ermənipərəst senator Bob Menendez siyasi karyerasını başa vurur

Amerikalı ermənipərəst senator Bob Menendez noyabrın 5-də keçiriləcək seçkilərə qatılmaqdan imtina edib.

Polise.az-ın məlumatına görə, 3 dəfə Demokratlar Partiyasından seçilən və cinayət məsuliyyətinə cəlb edildiyi üçün seçkilərə müstəqil namizəd olaraq qatılan Nyu-Cersi senatoru namizədliyini geri çəkməklə bağlı müraciət edib.

Qeyd edək ki, Bob Menendez avqustun 20-si istefa verəcək. Seçkilərin nəticələri elan olunana qədər onu Nyu-Cersi senatoru ofisində Corc Helmi əvəzləyəcək.

İyulun ortalarında Nyu-York məhkəməsi amerikalı ermənipərəst senator Bob Menendezi rüşvətxorluq, maliyyə fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib. Bu işdə senatorun həyat yoldaşı, erməni əsilli Nadine Menendez də ittiham olunub. Lakin onun məhkəməsi xəstəliyi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Bob Menendez Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senatordur. Bu, Menendezin Senatın üzvü olduğu təxminən 20 il ərzində onun korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət işidir. Əvvəlki məhkəmə istintaqı hakim heyətinin hökm çıxara bilməməsi səbəbindən yalnız araşdırma ilə nəticələnib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button