Ermənistan 6 km dərinlikdəki əraziləri itirəcək

KTMT-nin açıqlamasından sonra Ermənistan yeni müttəfiqlər axtarmalıdır ki, təhlükəsizlik hədəflərini həll etsin.

Bu iddia ilə erməni politoloq Ara Papyan çıxış edib. Onun sözlərinə görə, Ermənistanın maraqları KTMT-nin maraqları ilə üst-üstə düşmür.

O, bu təşkilatın ölü doğulduğunu bildirib.

Papyan, həmçinin Paşinyanın Ermənistanla Azərbaycan sərhədində Rusiya sülhməramlılarını yerləşdirmək istəməsi fikrini də tənqid edib:

“Paşinyan mitinqdə dedi ki, qoşunlar geri çəkilməli və onlar arasında rusiyalı sərhədçilər yerləşdirilməlidir. Bu o deməkdir ki, Azərbaycan 9 kilometr içəriyə doğru irəllədiyi bəzi ərazilərdə müəyyən yerlərə nəzarəti əlində saxlayacaq. Şərti olaraq desək, onlar 5 kilometr dərinliyə qədər irəlləyiblər. İndi onlar 1 kilometr geri çəkiləcəklər və 4 kilometri özlərində saxlayacaqlar. Yəni biz ümumilikdə 6 kilometr ərazi itirəcəyik. 2 kilometr neytral zona olacaq, 4 kilometr isə Azərbaycanda qalacaq”.

Papyan Rusiya hərbçilərinin sülhməramlı olmadığını, onların Ermənistanın razılığı ilə bölgəyə gəldiyini, amma beynəlxalq statuslarının olmadığını deyib.

Qeyd edək ki, Ermənistan Qarabağı işğal altında saxladığı illər ərzində Azərbaycan sərhədlərinə də daxil olub və torpaqlarımızı zəbt edi. Vətən müharibəsindən sonra Ordumuz SSRİ xəritələri əsasında sərhədləri bərpa edir. Ermənistan isə zəbt etdiyi torpaqlardan çıxmaq istəmir.

Hamısını Göstər

Related Articles

Back to top button