Ermənistan Azərbaycana qarşı revanşa cəhd edə bilərmi…

Pentaqon 2022-ci ildə dünyada potensial müharibə ocaqlarını açıqlayıb və onlardan ən çox “qaynayanı” Ukrayna ətrafındakı münaqişə ocağı, yaxud Rusiyanın bu ölkəyə qarşı hərbi müdaxilə planlarını həyata keçirməsi riskidir. Qeyd edək ki, əvvəllər Qarabağ da potensial irimiqyaslı müharibə ocaqlarından biri kimi həmişə beynəlxalq hesabatlarda yer alırdı. Bu proqnozlar nəhayət 2020-ci ilin payızında reallaşdı, irimiqyaslı müharibə başladı və Azərbaycan 44 günlük savaşda öz ərazilərini işğaldan azad etdi. Nəticədə Qarabağın adı artıq “dünyanın qaynar qazanları” arasında çəkilmir. Lakin Ermənistanda revanşa can atan, bu xülyalarla yaşayan qüvvələr də yox deyil.

Bəs 2022-ci ildə Ermənistanın Azərbaycana qarşı revanş götürmək ehtimalı varmı? Belə olan halda İran müttəfiq kimi Ermənistana kömək edə bilərmi?

virtualaz.org xəbər verir ki, bu sualları “Moskovskiy Komsomolets” qəzeti rusiyalı politoloq Vasili Kaşinə verib. Politoloqun cavabı belə olub:

-Ermənistanın Azərbaycana qarşı dayanmaq üçün heç bir şansı yoxdur. Hələ 2020-ci ildəki münaqişəyə qədər o hərbi baxımdan öz qonşusu ilə müqayisədə daha zəif idi, Ermənistanın silahlı qüvvələrinin böyük hissəsi bu müharibədə darmadağın ediləndən sonra isə heç bir revanşdan söhbət gedə bilməz. Sərhəddə periodik olaraq lokal atışmalar baş verə bilər, amma ermənilərin Azərbaycanın qarşısında dayanmaq üçün nə gücü, nə imkanı var.

İrana gəldikdə isə bu ölkənin mümkün müharibəyə Ermənistanın tərəfində qarışması Türkiyə ilə qaçılmaz münaqişə demək olardı, bu isə sadəcə olaraq Tehranın maraqlarına uyğun deyil. Onsuz da onun İsraillə ifrat gərgin münasibətləri və ABŞ-la gərgin münasibətləri var. Digər tərəfdən, İran Ermənistan üçün heç də möhkəm müttəfiq deyil ki, ona arxalana biləsən.

Hamısını Göstər

Related Articles

Back to top button