Ermənistan danışıqlardan anlamır

Paşinyan Qarabağa səfər etməklə öz işğalçı mahiyyətini bir daha göstərdi.

O, bununla beynəlxalq hüququ saya salmadığını və həmsədr ölkələrin tövsiyələrini qulaqardına vurduğunu nümayiş etdirdi. Səfərin azərbaycanlılar üçün həssas bir günə, Qubadlının işğalı gününə təsadüf etməsi isə bizdə qıcıq yaratmaq məqsədi daşıyır.

Real.TV-yə istinadən xəbər verilir ki, bunu Millət vəkili, Milli məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov deyib. O, bu siyasətin əvvəl-axır Ermənistanı uçuruma aparacağını da söyləyib.

Ziyafət Əsgərov bir neçə ölkənin ərazisindən keçməklə Rusiyadan Ermənistana silah daşınmasının Azərbaycanda narahatlıqla qarşılandığını, Azərbaycanın strateji, ticari tərəfdaşı, eyni zamanda Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmalı olan bir ölkənin belə addımlar atmasını anlaşılmaz adlandırdı.

Millət vəkili Ermənistanda müşahidə olunan ağır demoqrafik vəziyyətdən və bunun nəticəsində yaranan hərbçi çatışmazlığından da danışdı. O, getdikcə kəskin xarakter alan bu problemin həlli üçün düşmən ölkənin “Müdafiə haqqında” qanuna dəyişikliklər etdiyini və hərbi könüllü dəstələr yaratdığını bildirdi. Lakin parlamentari Ermənistanın məkirli siyasətini gözardı etməməyi də məsləhət gördü.

Millət vəkili Rusiyanı bitərəf mövqe tutmağa və ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına uyğun davranmağa dəvət etdi.

Vasitəsilə
baku.ws
Hamısını Göstər

Related Articles

Back to top button