Ermənistan dilemma qarşısında-Aİ 15 milyon vəd edir, Rusiya isə təzyiq…

“Avropa İttifaqı ilə Ermənistan arasındakı münasibətlər son zamanlar yeni, daha mürəkkəb bir mərhələyə qədəm qoyub. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas açıq şəkildə bildirib ki, Aİ ilə yaxınlaşmanın vacib şərtlərindən biri Rusiya əleyhinə sanksiyalara qoşulmaqdır. Bu mesaj Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasından sonra, münasibətlər üçün yeni strateji gündəliyin qəbul edilməsindən sonra səsləndirilib”.
Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın gündəlik “Past” qəzeti yazıb.
“Kallas minaların təmizlənməsi, regional etimadın qurulması və xarici müdaxiləyə qarşı mübarizə üçün 15 milyon avro dəstək vəd edib. Eyni zamanda, o, Ermənistanın xarici siyasətinin Aİ mövqelərinə uyğunluğunun aşağı səviyyədə – 37 faiz olduğunu qeyd edib və Rusiyanın dezinformasiya kampaniyalarını vurğulayıb.
Lakin bir çoxları bu təkliflərin arxasında açıq-aşkar şərtlər görür. Ermənistanın son illərdə görünməmiş iqtisadi artımı əsasən Avrasiya İqtisadi Birliyi daxilində Rusiya ilə əlaqələr, ixrac həcmləri, investisiyalar və biznes fəaliyyəti ilə bağlıdır. Sanksiyalara qoşulmaq ixracın azalmasına, investisiyaların dondurulmasına və biznes qeyri-müəyyənliyinə səbəb ola bilər ki, bu da adi vətəndaşlara birbaşa təsir göstərir”, -xəbərin davamında belə deyilir.
Polise.az



