Ermənistan dünya xəritəsindən silinə bilər.

Dunya ildırım sürətilə dəyişir. Ortalıqda beynəlxalq hüquq deyə bir şey qalmayıb. Orta əsrlərdə olduğu kimi, yenə həlledici faktor güc olur. Deməli, çox ölkələrin sərhədləri dəyişəcək, xəritələr yenidən cızılacaq.

Xəritələrin dəyişəcəyinə inanmayanlar Avropanın 1990-cı il xəritəsi ilə 2025-ci il xəritəsini müqayisə etsinlər. Bu gün sərhədlərin toxunulmazlığı prinsipini ayaqlar altına atan dövlət də dünənə qədər həmin toxunulmazlığın əsas qarantı rolunu oynamış ABŞ-dir. Heç şübhəsiz, bu çalxantılar Cənubi Qafqazdan da yan keçməyəcək. Həll olunmamış problemlər, zorla həyata keçirilmiş ərazi qəsbkarlığı, dünya güclərinin həyati əhəmiyyətli geopolitik çəkişmələri, hamısı bu regionda tıxanıb qalıb. Və bu tıxanma uzun sürə bilməz. Yeni dünya güclə qurulursa, regionun əsas güc sahibləri olan Türkiyə və Azərbaycan bu fürsəti yetərincə dəyərləndirəcəklər…

Siyasi-diplomatik oyunbazlıqların arxa plana itələndiyi və yeganə işlək faktorun hərbi güc olduğu yeni dünyada Qafqazdakı itirən tərəf Ermənistandır. Erməni tərəfi də qaçılması mümkünsüz olan yeni fəlakətin fərqindədir. Məsələn, ciddi erməni politoloqları ictimai səhnədə belə fikirlər səslədirirlər: ˝Türklərin zəif olduğu dönəmlərdə Zəngəzur zorla Azərbaycandan qoparılaraq Ermənistana verilib. İndi türklər çox gücləniblər və Zəngəzuru geri almaq fikrindən vaz keçməyəcəklər˝. Üstəlik, Baş nazir Paşinyan da daxil bütün erməni elitası ˝Ermənistanı bir dölət kimi qoruyub saxlaya biləcəyikmi˝ əndişəsi içində qıvrılırlar.

 

 

Problemlər içəridən daha yaxşı görünür. Ermənilər də tarix boyu buraxdıqları böyük səhvlərin Ermənistan dövlətinin mövcudluğu üçün hansı təhlükəni yaratdığını ilikləri ilə hiss edirlər. Bu millətin ən böyük səhvi yüz milyondan çox türkün yaşadığı böyük türk coğrafiyasında antitürk zopası olmağa razılaşmasıdır. Ermənistan dövlətini ruslar qurub və ermənilər qarşısında qoyulan tələb belə olub: ˝Sizə dövlət qururuq ki, bizim antitürk qalamız olasınız˝.

Zbiqnev Bzejinskinin ˝Böyük şahmat taxtası˝ əsərində belə bir ifadə var: ˝Türk anadan əlində qılınc doğulur˝. Antitürk zopası olmağın qarşılığında ˝Dənizdən dənizə böyük Ermənistan˝ qurulacaqmış. Və buna ciddi-ciddi inanmışdılar. Amma olmadı. Çeşidli havadarlarının yüz illər boyu ilmə-ilmə toxuduğu böyük qurğunu türklər 44 günə darmadağın etdilər.

Ermənilər çox böyük miqdarda və acımasızcasına günahsız türk qanı töküblər. Millətlərin qan yaddaşından sivil qətliamları silinmir. Acımasız və gərəksiz sivil qətliamları açıqsa sübuta yetirib ki, erməni milləti xarici fitnəkarlığa asanlıqla uyan təhlükəli toplumdur. Bu məqam ˝ya sən, ya da səni˝ prinsipini türklər üçün qaçılmaz seçim halına gətirir. Bunu erməni toplumu da anlayır, öz tökdükləri qan elə öz millətləri üzərində çox ağır psixoloji basqı və qorxu yaradır. Heç şübhəsiz, Xankəndinin belə asanlıqla boşalmasının əsas səbəbi də tökdükləri böyük qanın erməni beyinlərində yaratdığı qorxu olub.

İndi də ermənilər öz dövlətlərini təhlükəyə atan digər çox əhəmiyyətli səhvlərini yaşayırlar. Dünyanın dərindən çalxalandığı yeni dönəmdə erməni milləti özü üçün konkret geopolitik yön seçə bilmir. Erməni cəmiyyəti ˝Qərb meyilli˝ və ˝Rusiya meyilli˝ olaraq iki hissəyə bölünüb. Ortalıqda dərin parçalanma və milli qərarsızlıq var. Millət bölünüb, elitalar parçalanıb, qrup maraqları dövlət maraqlarını böyük ölçüdə üstələyir. Kritik məqamda birləşmək əvəzinə parçalanmaq dövləti məhv edəcək qədər böyük xatadır.

 

Nəhayət, erməni dövlətinin mövcudluğunu böyük şübhə altına salan faktor erməni milli ideyasının param-parça edilməsi oldu. Bu ideya Cənubi Qafqazda və Şərqi Anadoluda “böyük Ermənistan” dövlətinin yaradılması idi. Erməni kilsəsi və erməni diasporu regionda maraqları olan böyük güclərin də dəstəyini arxasına alaraq həmin ideyanı erməni beyinlərinə yerləşdirə bilmişdi. Erməniləri Cənubi Qafqazın sərt dağlarında uzun illər boyunca yaşadan məhz həmin ideya olub. Bu ideya torpağa gömüldüsə, erməniləri Cənubi Qafqazda saxlayacaq motiv də aradan qalxmış olur. Əslində, ermənilərin milli mentaliteti torpağa, dövlətə bağlılığı ilə seçilmir. Belə bir erməni məsəli var: ˝Pul harda, vətən orda˝. Milli ideya yoxdursa və pul da yoxdursa ermənilər bu torpaqlardan gedəcəklər. Həm də başları üzərində özlərinin yaratdıqları böyük türk qorxusu varsa.

Bütün deyilənləri bir sapa düzərək nəzərdən keçirək. Dünyada həlledici faktor hərbi güc olur, ermənilərin isə sayları azdır, iqtisadiyyatları zəifdir, hərbi gücləri isə yox səviyyəsindədir. Ermənistan dövləti strateji inkişaf yönünü seçə bilmir, milli elitalar daxili didişmələrin tam ortasındadır. Diaspora ikiyə bölünüb, Rusiya və Qərbdəki erməni diasporları bir-birini düşmən elan edirlər. Rusiya və Qərb havadarları da öz maraqlarının hayındadırlar. Ermənistana görə vuruşacaq kimsə yoxdur. Və tam əksinə, rəqibləri olan türklərin sayı yüz milyonlardır, hərbi və geopolitik təsir gücləri də hər keçən gün daha da böyüyür. Digər tərəfdən, Avropa və Çin kimi beynəlxalq güclər Orta İpək Yolu xəttinin maneəsiz işləməsində maraqlıdırlar. Bütün tərəflər qəbul edir ki, Zəngəzur da daxil, bu yol başdan başa türk yolu olursa yalnız o zaman maneəsiz tranzit güzargahına çevriləcək. Başqa sözlə, həm hərbi güc, həm demoqrafik vəziyyət, həm də beynəlxalq konyuktur böyük ölçüdə türklərin lehinədir. Üstəlik, ortada böyük qan və böyük qorxu var. Belə şəraitdə bir ovuc erməninin min bir hiylə ilə qəsb olunmuş türk torpaqlarında uzun müddət müstəqil dövlət kimi mövcud olmaları sağlam məntiqin əleyhinədir.

Ermənistanın xəritədən silinməsi prosesi Zəngəzurdan başlanacaq. Hələlik bu məsələ bir kənara itələnmiş kimi görünür. Amma strateji türk səbri və ağlı çalışır və bu məsələni başlı-başına buraxmayacaq. Buraxa da bilməz. Bu sərt dünyada dövlət kimi qalmaq istəyirsənsə, gərəkəni etməlisən.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button