Ermənistan hərbi parad keçirəcək

Ermənistan hakimiyyəti parlament seçkilərindən əvvəl hərbi parad keçirməyi planlaşdırır.

Polise.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Parad mayın 28-də keçiriləcək. Bu, parlament seçkilərindən bir neçə gün əvvələ təsadüf edir. Seçkilər isə iyunun 7-nə planlaşdırılıb.

Nəşrin fikrincə, müharibədə Azərbaycana məğlubiyyət fonunda keçiriləcək hərbi parad reklam xarakteri daşıyacaq.

“Hraparak”ın məlumatına görə, paradın hazırlıqlarına dekabrda başlanıb, Ermənistan Müdafiə Nazirliyinə hərbi hissələrdən hər iki cinsdən hərbi qulluqçuların uyğun görünüş xüsusiyyətləri ilə seçilməsi tapşırılıb. Artıq təlimlər və məşqlər keçirilir.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button