Ermənistan hökuməti terror təşkilatına 235 milyon ayırdı

Ermənistan hökuməti fəaliyyətinin davamlılığını təmin etmək üçün “Yerkrapa” Könüllülər İttifaqına (terror təşkilatı) 234 milyon 638 min dram ayıracaq.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verib.
Ermənistan MN etiraf edir ki, təşkilat 44 günlük müharibədə iştirak edib və çoxsaylı itkilər verib:
“Müharibədən sonrakı dövrdə 4000-dən çox “Yerkrapa” könüllüsü Ermənistan Müdafiə Nazirliyinin tərkibində müxtəlif döyüş mövqelərində döyüş vəzifəsini yerinə yetirib”.
Xatırladaq ki, “Yerkrapa” Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğalına dəstək məqsədilə Vazgen Sərkisyanın təşəbbüsü ilə yaradılıb. Təşkilat hər iki müharibədə Azərbaycana qarşı törədilmiş hərbi cinayətlərin fəal iştirakçısı olub. Bu səbəbdən “Yerkrapa” Azərbaycanda terror təşkilatı olaraq qəbul edilir.
“Yerkrapa” Ermənistan ordusunun ehtiyat hissəsi rolunu oynayır. Təşkilat 2016-cı il Aprel döyüşləri, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə yaraqlı göndərib.
Hazırda “Yerkrapa”nın lideri Sasun Mikayelyandır.
Polise.az