Ermənistan minalanmış ərazilərin xəritəsini bu səbəbə görə Azərbaycana vermir

Martın 16-da Agdam rayonu ərazisində daha 6 mülki vətəndaş minaya düşdü. Onlardan 2-si həyatını itirdi. Artıq bu cür xəbərləri tez-tez eşitməyə öyrəşmişik. Gah Ağdamda, gah da Füzuli rayonunda günahsız insanlar səbəbsiz yerə həyatlarını itirirlər. Bütün bunlarsa sivilizasiyanın gözü qarşısında baş verir. Nə BMT, nə də ki, ATƏT bununla bağlı heç bir fikir bildirmir, məqsədli şəkildə susur. Çünki 30 illik Dağlıq Qarabağ münaqişəsinin həlli  bu qurumların? o cümlədən, ABŞ və Avropanın iradəsi kənarında baş verdi. Ona görə də Azərbaycanın işğaldan azad etdiyi ərazilərin minalardan təmizlənməsi, oralara yeni həyat gəlməsi Qərbin maraqlarına qəti cavab vermir. Baxmayaraq, istər ABŞ, istər Avropa dövlətləri və BMT 5 aydır ermənilərlə ağız-ağıza verib erməni “tarixi abidələri”nin dağıdılmasından danışırlar. Olmayan tarixi abidələrə olmayan təcavüzdən həyasızlıqla danışan Qərb son 5 ayda minaya düşüb ölən onlarla azərbaycanlının faciəsinə göz yumur.

Bu, sadəcə xiristian həmrəyliyidir. Necə ki, Suriyada, İraqda, Əfqanıstanda, Pakistanda və digər müsəlman ölkələrində hər gün terror nəticəsində həyatını itirən minlərlə insanın ölümünü ABŞ və “xristian evi” deyilən Avropa İttifaqı yalnız təbəssümlə qarşılayır. Bu münasibət çox təəssüf ki, Azərbaycana qarşı da sərgilənir. Heç bir dövlət, heç bir beynəlxalq təşkilat bu günə qədər Ermənistan hakimiyyətini minalanmış ərazilərin xəritəsini Azərbaycana verməyə çağırmır. Amma Qərbin “məmə deyənindən, pəpə yeyəninə” qədər hər kəs Azərbaycan siyasi hakimiyyətini zara gətirib. Hər gün bir bəyanat səslənir ki, Azərbaycanda olan bütün erməni cinayətkarlar Ermənistana təhvil verilsin. Baxmayaraq ki,  bütün dünya bilir ki, Bakının saxladığı silahlı ermənilər yalnız 10 noyabr sülh anlaşmasından sonra Azərbaycan ərazilərində terrorçuluqla məşğul olanlardır. “Hamının hamıya” prinsipi isə yalnız 10 noyabr anlaşmasına qədər əsir götürülənlərə aiddir. Amma istər ABŞ, istərsə də Avropa dövlətləri birmənalı şəkildə terrorçuların azad edilməsini istəyir. Azərbaycanın haqlı tələbləri isə qulaqardına vurulur. Bu isə ancaq xristian həmrəyliyinin nəticəsidir.

Üstəlik, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Türkiyənin Cənubi Qafqaza gəlişi heç bir Qərb dövlətini məmnun salmayıb. Baxmayaraq ki, üzdə Qərb özünü Türkiyəni NATO üzvü kimi dəstəklədiyini söyləyir. Bağlı qapılar arxasında isə Azərbaycan-Türkiyə birliyinə zərbə vurmaq haqqında düşünürlər. Hələliksə onların vura biləcəyi ən böyük zərbə erməniləri Azərbaycanın üstünə qısqırtmaq və minalanmış ərazilərin xəritəsinin maksumum dərəcədə Bakıya gec təhvil verməkdir. Çünki ABŞ və Avropa heç zaman hansısa addımı insanlıq və ədalət naminə atmayıb. Hər zaman demokratik dəyərləri bayraq edən Qərb onların dediyi ilə durub-oturmayan ölkələri, xüsusilə də müsəlman dövlətlərini dağıtmağa, məhv etməyə çalışıb. 40 il Əfqanıstanda, 20 il İraqda, 10 il Suriyada ABŞ və Avropa demokratiya axtarışındadır. Ancaq bütün dünya bilir ki, Qərbin əsas hədəfi zəngin təbii ehtiyatlara malik islam ölkələrini məhv etməkdir. Bu plansa Vatikanda hazırlanıb. Çünki Papa Fransiski başda olmaqla bütün xristian ideoloqlarının vahid və son məqsədi islam dünyasını məhv etməkdir.

  • Burda bir məqama diqqət yetirmək istəyirəm. ABŞ və Avropa Şimali Koreya, Venessuela, Kuba və daha neçə ölkələri anti-demokratik dövlətlər kimi lənətləyir. Amma son 30 ildə bu ölkələrin heç birinə hərbi müdaxilə olmayıb. Çünki həmin dövlətlər qeyri-müsəlman dövlətlərdir. ABŞ, Avropa və Vatikanın hədəfində isə yalnız müsəlman dövlətləridir. Son vaxtlar Türkiyə-Azəraycan birliyinin ən yüksək səviyyəyə çatması və digər türk dövlətlərinin bu birliyə qoşulmaq çabası ABŞ və Avropanın, bütövlükdə isə Xristian dünyasının yuxusunu ərşə çəkib. Ona görə də Vatikanın sifarişləri ilə ABŞ və Avropa Türkiyə və Azərbaycana hər vasitə ilə təzyiq etməyə çalışır.

Hələliksə Azərbaycan-Türkiyə birliyinə qarşı ən yaxşı vasitə erməni oyunbazlığıdır. Hər zaman böyük dövlətlərin maşası olan ermənilər bu gün də Qərbə tulalıq edir. Yada salaq ki, 44 günlük müharibə müddətində Ermənistan xristian dünyasına qarşı ittihamlar səsləndirirdi. Demək olar ki, hər gün xristian dünyasına mesajlar verilirdi ki, “biz sizlərə görə türklərlə və müsəlmanlarla düşmən olmuşuq, onlarla müharibə aparırıq”.

Və bu tezislər İrəvanda bu gün də səslənir. Ona görə də ABŞ və Avropa, o cümlədən Rusiya minalanmış ərazilərin xəritəsinin Azərbaycana verlməsi üçün Ermənistana heç bir söz demir. Əksinə, erməniləri daha aqressiv olmağa şirnikləndirirlər.

Ona görə də Ermənistandan minalanmış ərazilərin xəritəsinin alınması məsələsinin məsuliyyətini öz üzərimizə götürməliyik. Erməniləri başa düşəcəyi güc dilində danışmalıyıq. Bunun başqa yolu yoxdur. Yada salaq ki, son 25 ildə biz Qarabağdakı ermənilərə ən yüksək status və firavan həyat vəd elədik. Ancaq nə Qarabağdakı, nə də Ermənistandakı ermənilər bununla razılaşmadı. Daha doğrusu, razılaşa bilmədilər. Çünki onların ipləri Rusiyanın, bir az da Qərbin əlində idi.

Onlarsa ermənilərin hər hansı bir razılığa getməsinə qətiyyətlə imkan vermədilər. Bu gün də həmin proses gedir. Qərb və Rusiya Ermənistanın əlindəki sonuncu kartdan-minalanmış ərazilərin xəritəsindən şərəfsizcəsinə bəhrələnmək istəyir. Ona görə də Azərbaycan üçün son variant güc yoludur. Ən qısa zamanda Yuxarı Qarabağda antiterror əməliyyatına başlanılmalıdır. Bu əməliyyat isə bütün hallarda bizə qələbə gətirəcək. Ya sonuncu erməni Qarabağdan cəhənnəm olub gedəcək, ya da yalvara-yalvara xəritəni gətirib bizə verəcəklər. Çünki “ho-ho ilə donuz zəmidən çıxmaz”.

Hamısını Göstər

Related Articles

Back to top button