Ermənistan müxalifətinin “baş naziri” İlham Əliyevin Moskva görüşündə qələbəsini etiraf edir

Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfər qazanmasını Ermənistan hərbi-siyasi dairələrinin həzmindən keçmir.

Azərbaycanın döyüşlərdə yeni nəsil müharibə taktikalarından istifadə etməsi, hərbçilərimizin cəsarətlə ölümün gözünə dik baxmaları dünya mətbuatında da müzakirələrə yol açır, bu isə vaxtı ilə müdafiə xətlərinin keçilməz olduğunu düşünən Ermənistan üçün ikinci ağır zərbədir.

Müharibədə biabırçı məğlubiyyətə görə Ermənistanda günah keçisi axtarmaq üçün “ov mövsümünə” start verilib.

Ermənilərin müzakirələr platformasında qarşılıqlı ittihamlar gah əvvəlki hakimiyyətlərin, gah da hazırki hökumətin siyasi qapılarını döyür.

Baş nazir Nikol Paşinyan müharibədəki məğlubiyyətə görə özündən əvvəlki hakimiyyətləri təqsirləndirir, müxalifət isə Paşinyanın özünü məhşər ayağına çəkir.

Bu yaxınlarda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru Mikael Ambardzumyan da Paşinyan əleyhinə analoji ittihamlar səsləndirmişdi.

O, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyanın oktyabr ayında iclas zamanı Paşinyana hökm sürən vəziyyəti, perspektivi və birbaşa olaraq məğlubiyyətə doğru getdiklərini çox ətraflı şəkildə təqdim etdiyini deyib.

“Müharibə əməliyyatlarını dayandırmaq barədə təklif var idi, David Tonoyan (o zamankı müdafiə naziri) da eyni fikirdə idi”, – deyə Ambardzumyan bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button