Ermənistan ordusunda fərarilərin sayı 4000 nəfəri keçib

Azərbaycan Ordusunun qazandığı ardıcıl qələbələr Ermənistan silahlı qüvvələrində fərarilərin sayını kəskin artırıb.

Erməni mətbuatı yazır ki, əks-hücum əməliyyatları başlayandan Ermənistan ordusunda fərarilərin sayı 4000 nəfəri keçib.

Bildirilir ki, son günlər ərzində 2000 nəfər hərbi qulluqçuya cinayət işi açılıb. Bütün bunlara rəğmən, Ermənistan Ordusunda ruh düşkünlüyü, fərarilik o həddə çatıb ki, erməni diviziya komandirlərindən biri qaçan əsgərləri şəxsən özü güllələyib.

Hamısını Göstər

Related Articles

Back to top button