Ermənistan prezidentinin xəstəxanaya yerləşdirilməsi rəsmən təsdiqləndi
Ermənistan prezidentinin mətbuat xidməti Armen Sarkisyanın xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiq edib.
TASS xəbər verir ki, koronavirusla bağlı onun səhhətində problemlərin yarandığı qeyd olunur.
“Koronavirusla bağlı prezidentin səhhətində ağırlaşma halları yaranıb. Hazırda o, “Asthik” tibb mərkəzində müəyinə olunur”, – deyə mətbuat xidmətindən bildirilib.