Ermənistan Qafan yaxınlığındakı yüksəklikləri Azərbaycana qaytarır
Ermənistan ordusu Qafan şəhəri yaxınlığındakı yüksəklikləri tərk edir.
Sovet xəritələrinə əsasən, Azərbaycan-Ermənistan sərhədinin bu hissəsi Zəngilan rayonunu ərazisinə düşür.
Ona görə də, düşmən qüvvələrinin yüksəkiklərdə qurduğu mövqelər demontaj olunur. Prosesə rusiyalı sülhməramlılar və Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri nəzarət edir.
Modern.az-ın yazdığına görə, strateji yüksəkliklər Qafan şəhərini tam vizual nəzarət altında saxlamağa imkan verir. Azərbaycan Ordusunun sabah saat 17:00-a qədər ermənilərə ərazidəki mövqeləri boşaltmaq barədə vaxt verdiyi bildirilir.


