Ermənistan Rusiya silahlarından imtina etdi

Ermənistan Rusiya silahlarını almaqdan imtina edib, əvəzində İrəvan Hindistan və Fransadan silah almağa başlayıb.

Polise.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.

Rusiya nəşri yazır ki, 2022-2023-cü illərdə Ermənistan Hindistanla 1,5 milyard dollardan çox, Fransa ilə isə 250 milyon dollarlıq müdafiə müqavilələri imzalayıb. İrəvan Rusiya ilə sonuncu müdafiə sazişini 2021-ci ildə bağlayıb. Saziş hələ də tam icra olunmayıb.

Nəşr qeyd edir ki, Ermənistan Hindistandan 214 mm-lik “Pinaka” reaktiv yaylım atəş sistemləri, 155 mm-lik ATAGS artilleriya sistemləri, ZADS antidron sistemləri, “Akaş-1S” hava hücumundan müdafiə sistemləri, həmçinin “Konkurs” tank əleyhinə raket kompleksləri alıb.

Mənbəyə görə, Ermənistan Fransadan 3 “GroundMaster 200” radarı, “Mistral 3” portativ zenit-raket kompleksi və SEZAR özüyeriyən artilleriya qurğusu sifariş edib.

Polise.az 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button