Ermənistan Türkiyə ordusu ilə döyüşə girir

Ermənistan Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi “Azad Suriya Ordusu”una qarşı döyüşmək üçün azı 450 hərbçi göndərib.

Bu sensasion məlumatı NZİV.net adlı (https://nziv.net/52084/) İsrail xəbər portalı yayıb. Söhbətin Ermənistanın nizami ordu mənsublarından, yoxsa qeyri-nizami hərbi dəstələrdən getdiyi məlum deyil.

Xəbərdə bildirilir ki, Ermənistandan hərbçilərin Suriyaya daşınmasını Rusiya həyata keçirib. Erməni muzdluları qərargahı Livanda yerləşən, Suriyada və Livanda fəaliyyət göstərən hakimiyyətyönümlü (söhbət Əsəd rejimindən gedir,-red.) “Çenak” partiyası tərəfindən ələ alınıb. Batalyonu Rusiyanın Suriyadakı Hmeymim aviabazası ilə razılaşdırılmış şəkildə Suriya hərbi kəşfiyyatından briqada generalı Muhsan Nafnuf müşaiyət edir.

Nəşr bildirir ki, erməni muzdlularının Suriyada Bəşər Əsədin tərəfində Türkiyə ordusuna qarşı döyüşmək üçün ələ alınması Rusiyanın son aylar Ermənistana açıq hərbi dəstək verməyə başlamasından sonra mümkün olub. Rusiya bununla Azərbaycana hərbi dəstək verən və onun ordusuna təlim keçən Türkiyəyə cavab mesajı verir.

Xatırladaq ki, bir neçə gün əvvəl radarlar Suriyadakı Hmeymim aviabazasından qalxan İl-76 hərbi-nəqliyyat təyyarəsinin Yerevanda endiyini qeydə almışdı. İndi belə görünür ki, Rusiya hərbi-nəqliyyat təyyarəsi erməni muzdlularını Suriyaya daşımaq üçün göndərilmişdi. Məhz həmin günlərdə “Nezavisimaya qazeta” Türkiyənin Ermənistanla döyüşmək üçün Suriyanın şimalından Azərbaycana 500 muzdlu göndərdiyi haqda dezinformasiyanı ortaya atdı. Bu dezinformasiya Azərbaycanın müdafiə və xarici işlər nazirlikləri tərəfindən rədd edilib.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button