Ermənistan və Gürcüstan arasında gərginlik: İrəvan İvanişvilini qəzəbləndirdi

Ermənistan və Gürcüstan arasında gərginlik yaşanır.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Məlumata görə, Bidzina İvanişvilinin keçmiş şəxsi maliyyəçisi Georgi Baçiaşvili Ermənistana keçərək Gürcüstandan qaçdıqdan sonra iki ölkə arasındakı dostluq münasibətlərində gərginlik yaranıb. Qaçma martın ortalarında baş verib. Baçiaşvili külli miqdarda pul mənimsəməkdə ittiham olunur”, – məlumatda deyilir.

Erməni nəşri qeyd edir ki, son vaxtlar Ermənistan-Gürcüstan sərhədində məhdudiyyətlərin sərtləşdirilməsi baş verənlərin nəticəsidir:

“Uzun müddətdir Ermənistan mallarını daşıyan yük maşınları Gürcüstan sərhədində saxlanılaraq digər keçid məntəqələrinə yönəldilir ki, bu da həm vaxt, həm də maliyyə itkilərini artırır. Rəsmi izahat budur ki, ixrac edilən mallar ekspertizadan keçirilməlidir. Amma Ermənistan-Gürcüstan sərhədində minik avtomobilləri üçün də nəzarət gücləndirilib: 5-dən çox sərnişin daşıyan sürücü sərhədçilərə sərnişinlərin siyahısını təqdim etməlidir”.

 

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button