Ermənistan XİN rəhbəri Qarabağda ermənilərin qazsız qalmasında Rusiyanı günahlandırdı
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxışı zamanı Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə yaşayan ermənilərin təbii qazla bağlı problemindən danışıb.
O qeyd edib ki, qaz xəttindəki qəza ilə bağlı məsuliyyət Rusiyanın üzərinə düşür. Onun sözlərinə görə, hadisə sülhməramlıların məsuliyyət zonasında baş verdiyi üçün məhz Rusiya tərəfi məsuliyyət daşıyır.



