Ermənistan yeni müttəfiq axtarışındadır
Ermənistanda Rusiya ilə münasibətlərə yeni baxış formalaşıb. Ölkənin siyasi liderləri Rusiya ilə münasibətləri, xüsusən də hərbi sahədə əməkdaşlığı perspektivsiz qiymətləndirirlər. Onların fikrincə, Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır.
Polise.az xəbər verir ki, məsələyə baş nazir Nikol Paşinyan da münasibət bildirib.
Onun sözlərinə görə, Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq artıq keçmişdəki kimi ola bilməz: “Biz başa düşməliyik ki, hərbi və hərbi-texniki əməkdaşlığı kiminlə inkişaf etdirməliyik. Əvvəllər konsepsiya ilə bağlı heç bir çətinlik olmadığı kimi, belə bir məsələ də yox idi. Əvvəllər Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97 faizi Rusiya ilə bağlı idi. İndi bu, obyektiv və subyektiv səbəblərdən ola bilməz”.
Paşinyan bildirib ki, Ermənistan ictimaiyyəti İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər qurmağı, KTMT-də qalıb-qalmayacağını başa düşməlidir.
Polise.az